YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Məqsədyönlü siyasət ölkəmizin sıçrayışlı inkişafını təmin edib

«Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib». Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, son 15 ildə həyata keçirilən davamlı siyasi konsepsiya ölkəmizin yeni iqtisadi model yaratmasına gətirib çıxarıb. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti istər dayanıqlı iqtisadiyyatına, istərsə də regionların qısa zaman kəsiyində böyük inkişafına görə dünyaya yeni bir model təqdim edir.

«Prezident İlham Əliyevin müəllifi olduğu bu iqtisadi model Azərbaycanın son illərdə davamlı sıçrayışlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb. Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir»-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv