YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan inkişafını qısqananlar təxribatlar törətməyə cəhd etsə də, heç nəyə nail ola bilmirlər

Yeni Azərbaycan Partiyası mətbuatın fəaliyyətinə böyük önəm verir.

Bunu Azərbaycan Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. /Trend/

Əli Əhmədov qeyd edib: "Dövlətin əldə etdiyi naliyyətlərdən biri də budur ki, dövlət səviyyəsində mətbuata böyük diqqət göstərilir. Azərbaycanda böyük mətbuat formalaşıb".

Əli Əhmədov bildirib ki, sosial media bu gün mətbuat qarşısında ciddi çağırışlar qoyur: "İndi hər kəs sosial şəbəkə vasitəsilə mətbuatın bir hissəsinə çevrilir, hər kəs sosial şəbəkədə məlumat yayır. Bütün bunlar mətbuat qarşısında ciddi çağırışlar qoyur".

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan sürətlə inkişaf edir, bu özünü mətbuat azadlığı sahəsində də göstərir: "Azərbaycan böyük qlobal layihələr həyata keçirir, qlobal tranzit mərkəzinə çevrilir ki, bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, mövqeyini gücləndirir. Etiraf etməliyik ki, gələcəyimiz daha parlaq olacaq. Bunu qısqananlar ölkədə təxribatlar törətməyə cəhd edir, ancaq onlar heç nəyə nail ola bilmirlər, çünki bunun üçün heç bir baza yoxdur. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət xalq tərəfindən dəstəklənir, möhkəm xalq-iqtidar birliyi var".