YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Parisdə “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay ilə görüşüb.

Görüşdə “Airbus” şirkəti ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı. “Azərsky” və “Spot 6” peyklərinin dünya bazarlarında uğurlu fəaliyyətindən məmnunluq bildirildi.

Azərbaycanın gələcəkdə “Airbus” şirkətindən yeni daha yüksək ayırdetmə peyklərini alması və peyklərlə bağlı texnologiyalar ətrafında müzakirələr aparıldı.