YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Xaçmazda “Qurtuluşdan tərəqqiyə -25 il” mövzusunda zona tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə iyunun 13-də Xaçmazda 15 iyun Milli Qurtuluş günü münasibətilə “Qurtuluşdan tərəqqiyə -25 il” mövzusunda zona tədbiri keçirilib.

Tədbirdə YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, YAP-ın  Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayon təşkilatları gənclər birliklərinin sədrləri və üzvləri iştirak ediblər.

İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. 
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev tədbiri açaraq qeyd edib ki, 2018-ci ilin ötən dövrü ərzində respublikamızın, eləcə də partiyamızın həyatında yaddaqalan tarixi hadisələr baş verib. O, çıxışında 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyətini vurğulayıb.
Tərbirdə qəbul imtahanlarında 700 bal toplayan Xaçmaz şəhər 8 saylı məktəbin şagirdi Jalə Rəcəbova, YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin üzvü Vəfa Məmmədova, YAP Quba rayon təşkilatı Gənclər Birliyinin sədri Habil Bayramlı, YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin üzvü Nəzrin Aslan, YAP Şabran rayon təşkilatı Gənclər Birliyinin üzvü Mərdan Qasımov, YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin üzvü Bəxtiyar Seyidov və YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin sədri İman Ağayev çıxış edərək Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıblar.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbirdə çıxış edərək gəncləri 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. 1993-cü ilin iyun ayında Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını deyən S.Orucov məhz Ulu öndər Heydər Əliyevin qayıdışı ilə xalqımızın bu təhlükədən xilas olduğunu diqqətə çatdırıb. Ona görə də haqlı olaraq 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi yazılıb. YAP Gənclər Birliyinin sədri ötən 25 il ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini deyib, hazırda gənclərimizin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.