YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Gürcüstan-Azərbaycan dostluğu regionda sülhə xidmət edir

Azərbaycan və Gürcüstana iki dost və qardaş ölkədir. Bu iki dövlətin birgə əməkdaşlığı yalnız bizim xalqlarımızın deyil, bütövlükdə region xalqlarının rifahına xidmət edir. Biz bölgəni yalnız ölkələrimiz üçün deyil, xarici investorlar üçün də cəlbedici edirik.

Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua söyləyib.

Nazir müavini deyib: “Gürcüstan və Azərbaycanın gələcək nəsilləri iki xalq arasında dostluq əlaqələrinin daha da genişlənməsinə və möhkəmlənməsinə çalışmalı, bir-birinin mədəniyyətləri ilə yaxından tanış olmalıdırlar. Düşünürəm ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Tbilisidə silsilə tədbirlərin keçirilməsi, mədəniyyət və incəsənət ustalarının konsertlərinin təşkili çox vacibdir”.