YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə tədbir keçirib

YAP Laçın rayon təşkilatı Laçın rayon İcra Hakimiyyəti ilə birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə tədbir keçirmişdir.

10 may 2018-ci il tarixdə laçınlı məcburi köçkünlərin  müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilmişdir. Əvvəlcə   çoxsaylı rayon ictimaiyyəti nümayəndələri, qəsəbə sakinləri tərəfindən  Laçın Rayon İcra Hakimiyyətinin qarşısında  Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış büstü ziyarət olunaraq, önünə  gül dəstələri düzülmüşdür.

Tədbir iştirakçıları tərəfindən qəsəbə ərazisindəki “Heydər Parkı”nda həmişəyaşıl ağaclar əkildikdən sonra tədbir Laçın rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Ümummilli liderin keçdiyi şərəfli həyat yolundan və  çoxşaxəli fəaliyyətindən danışaraq, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, Ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını bildirmişdir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Laçın rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, məktəblilər və gənclər arasında  keçirilən futbol və voleybol yarışlarının qaliblərinə kubok, fəxri fərman və qiymətli hədiyyələr  təqdim olunmuşdur. 
Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxa tamaşa edilmişdir.