YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Kənd təsərrüfatına böyük diqqət göstərilir

“Bu gün Xaçmaz rayonunda çox əlamətdar bir gündür, xalça fabriki açılır. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl hadisədir. Son iki il ərzində artıq dördüncü xalça fabriki açılır və bu proses davam etdiriləcək. Biz xalçaçılıq sənətini yaşatmalıyıq, yaşadacağıq və belə fabriklərin açılması ölkəmizin ümumi inkişafını göstərir. Burada 100-dən çox iş yeri açılıbdır, gələcəkdə 150 iş yeri yaradılacaq, bunun üçün hər cür şərait vardır. Çox şadam ki, qadınlar üçün iş yerləri yaradılır. Ümumiyyətlə, Azərbaycanda iş yerlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Amma çox sevindirici hal ondan ibarətdir ki, qadınlar da fəal işə cəlb olunurlar. Xalçaçılıq elə sənətdir ki, bunu qadınlar yaşadırlar”. BU fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında çıxışı zamanı səsləndirib.

“Ölkəmizdə kənd təsərrüfatına böyük diqqət göstərilir, 40-dan çox aqropark yaradılır. Birinci aqropark mənim iştirakımla Xaçmaz rayonunda açılmışdır. Yalama aqroparkı indi uğurla fəaliyyət göstərir. Orada da çoxlu iş yerləri yaradılır. Əlbəttə ki, Xaçmaz rayonunun turizm potensialı çox böyükdür və zəngindir. Buraya həm ölkəmizin müxtəlif yerlərindən, həm də xarici ölkələrdən gələn turistlərin sayı artır, bir çox istirahət mərkəzləri vardır. Onların sayı da artmalıdır ki, Xaçmaz rayonunun inkişafı daha da sürətlə getsin” – deyə, Prezident İlham Əliyev bildirmişdir.