YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Pitsburq şəhərində "Azərbaycan Günü" elan edilib

ABŞ-ın Pitsburq şəhərinin meri Uilyam Peduto Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar rəsmi bəyanat verib.

Bəyanatda bildirilir ki, Uilyam Peduto 2018-ci il mayın 28-ini Pitsburqda “Azərbaycan Günü” elan edir.

Sənəddə qeyd edilir ki, 1918-ci il mayın 28-də müsəlman şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası irqi, cinsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda, sənəddə Azərbaycan Demokratik Respublikasının öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq 1920-ci ildə keçmiş Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etdiyi vurğulanır.

Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.