YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilk dəfə Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

Azərbaycan bu il ilk dəfə olaraq ABŞ-ın paytaxtında “Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib. Bu ölkənin əsas mədəni və iqtisadi tədbirlərinin təşkil edildiyi Ronald Reyqan Beynəlxaq Ticarət Mərkəzində keçirilən festivala Vaşinqton şəhərinin sakinləri, o cümlədən ABŞ-ın müxtəlif ştatlarından insanlar qatılıb.

Azərbaycan festivalda ABŞ-ın Bruklin (Nyu-York) şəhərində fəaliyyət göstərən My Way mərkəzinin Qafqaz Ritm (My Way Center Rhythms of Caucasus NYC) adlı uşaq rəqs qrupu ilə təmsil olunub.

Festivalı açıq elan edən “Culturfied” Fondunun prezidenti Mele Melton tədbirin əsas məqsədinin müxtəlif ölkələrin coğrafiyası, zəngin mədəni irsi və adət-ənənələrinin öyrənilməsindən ibarət olduğunu qeyd edib.

Daha sonra Vaşinqton şəhərinin meri Muriel Bouser çıxış edərək, ABŞ paytaxtının müxtəlif mədəniyyətləri özündə birləşdirən, onlara hörmət edilməsini təşviq edən bir şəhər olmasından qürur hissi keçirdiyini bildirib. Muriel Bouser aprelin 29-unu Vaşinqton şəhərində “Beynəlxalq Uşaq Festivalı Günü” elan edərək şəhər sakinlərini bu bayramı birlikdə qeyd etməyə çağırıb. Festivalda 20-dən çox ölkənin milli musiqiləri, rəqsləri ifa olunub, iştirakçı ölkələrin incəsənət nümunələri nümayiş olunub, milli mətbəxi təqdim edilib.

Qafqaz Ritm rəqs qrupunun ifasında təqdim olunan “Azərbaycan”, “Yallı” və “Salam” rəqsləri izləyicilər tərəfindən xüsusi maraqla qarşılanıb, sürəkli alqışlarla təqdir olunub. Festivalda Azərbaycan ilə yanaşı Anqola, İsveç, Boliviya, Türkiyə, Dominikan, Misir, Salvador, Misir, Haiti, İndoneziya, Keniya, Litva, Monqolustan, Panama, Filippin, Qatar, Ruanda, Səudiyyə Ərəbistanı, Sudan və Uruqvay da iştirak edib.