YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Prezident İlham Əliyevi təbrik edib

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İndoneziya dövləti və xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ən səmimi salamlarımı çatdırıram.

Cənab Prezident, Azərbaycan xalqının böyük əksəriyyətinin Sizə yenidən etimad göstərməsi liderliyinizə inamın, vətəndaşlarınızın firavan həyatı naminə gördüyünüz böyük işlərə qiymətin bariz göstəricisidir.

Fürsətdən istifadə edərək, icazə verin, yeni prezidentliyiniz müddətində Azərbaycan və İndoneziya arasında sıx əlaqələrin ölkələrimizin inkişafı və rifahı naminə daha da möhkəmlənəcəyinə səmimi ümidlərimi ifadə edim.

Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar diləyir, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.