YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yevlax rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı elmi praktik konfrans təşkil edib

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı və Yevlax şəhər Gənclər İdman idarəsi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı elmi praktik konfrans təşkil olunmuşdur.

     Tədbir İştirkçıları əvvəlcə Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ulu önərin büstü önünə gül dəstələri qoyub onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular. Sonra gənclər konfrans zalında Heydər Əliyevin Azərbaycan gəncliyi haqqında söylədiyi fikirlər və bununla bağlı filimlərdən ibarət vidio çarxa baxdılar. YAP Yevlax rayon təşkilatının sədr müavini Əli Quliyev tədbirin mahiyyəti və layihənin məqsədləri haqqında məlumat verdi.

Sonra Gənclər və İdman  idarəsinin rəsi Binyamin Musayev “Heydər Əliyev və Azərbaycan gəncliyi ” mövzusunda geniş məruzə etdi. Sonra çıxış edənlər YAP Yevlax şəhər təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov və başqaları  Heydər Əliyevin şərəfli həyat yolundan danışaraq Xalq və Liderin məhəbbətinin vəhtətindən yaranan suveren Müstəqil Azərbaycanın uğurlarını və bu şəraitdə gənclərin inkişafını diqqətə çatdırdılar.

 Yekun nitqi ilə çıxış edən YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova  keçirilən tədbiri yüksək qiymətləndirdi. O Bildirdi ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının xüsusən də gənclərin vətəndaşlıq borcudu.  Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər. Biz sevinirik ki, bu gün Heydər Əliyev ideyası ölkəmizdə uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda elecə də ölkəmizdən kənarda həyata  keçirdiyi dünya miqyaslı layihələr Heydər Əliyev arzularının təzahürüdür.

     Sonda Partiya sıralarına yeni qoşulmuş bir qurup gənclərə partiya üzvülük vəsiqələri təqdim edildi.