YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Parlamentinin deputatı, Paris şəhərinin 7-ci rayonunun meri, sabiq ədliyyə naziri Rəşidə Dati Prezident İlham Əliyevi təbrik edib

Avropa Parlamentinin deputatı, Paris şəhərinin 7-ci rayonunun meri, sabiq ədliyyə naziri Rəşidə Dati Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin yenidən Sizə etimad göstərməsi liderliyinizi bir daha təsdiqləyir. Bu, Sizin rəhbərliyinizlə Azərbaycanda iqtisadi və sosial tərəqqi istiqamətində görülən işlərin xalqınız tərəfindən dəstəkləndiyini sübut edir. Sizin həyata keçirdiyiniz iqtisadi islahatlar xarici investorların cəlb edilməsinə, yerli məhsulların ixracının artırılmasına və Azərbaycanda iqtisadiyyatın daha sürətli, davamlı inkişafına xidmət edir.

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq yeni saziş gələcək illərdə iqtisadi, sosial və siyasi əməkdaşlığımızı gücləndirməyə imkan verməlidir. 2017-ci ilin fevral ayında Brüsselə səfəriniz bu yeni iddialı sazişlə bağlı danışıqlar üçün dönüş nöqtəsi oldu. Sizin yenidən Prezident seçilməyiniz Avropa və Azərbaycanın marağında olan danışıqları tez bir zamanda davam etdirməyə imkan yaradacaq.

Cənab Prezident, Sizi Azərbaycan dövləti və xalqı üçün həyata keçirməkdə davam edəcəyiniz siyasəti daim dəstəkləyəcəyimə əmin edirəm”.