YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna Ali Radasının deputatı: Azərbaycanın uğurlu inkişaf yolunun əsasında Heydər Əliyevin uzaqgörən siyasəti durur

Azərbaycanın uğurlu inkişaf yolunun əsasında Heydər Əliyevin uzaqgörən siyasəti durur.

Bu fikri Ukrayna Ali Radasının deputatı Sergey Melniçuk deyib.

Deputat bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük təcrübəsi və siyasi iradəsi nəticəsində bu gün güclü, müstəqil Azərbaycan dövləti var. O, həmçinin vurğulayıb ki, Azərbaycan və Ukrayna arasındakı dostluğun mövcudluğunun bazasında Heydər Əliyevin vaxtilə gördüyü işlər durur. “Təsadüfi deyil ki, Ukraynanın bir çox ictimai, siyasi xadimləri Heydər Əliyevi Azərbaycan-Ukrayna dostluğunun memarı və qurucusu kimi qiymətləndirirlər. Vaxtilə Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə normativ hüquqi bazanın yaradılmasını və əlaqələrin tənzimlənməsini möhkəm əsaslar üzərində qurub”, - deyə Sergey Melniçuk əlavə edib.