YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Kestutis Yankauskas: Avropa İttifaqı Azərbaycanla nəqliyyat və logistika sahəsində münasibətlərin inkişafına maraq göstərir

Avropa İttifaqı Azərbaycanla nəqliyyat və logistika sahəsində münasibətlərin inkişafına maraq göstərir.

Bunu Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas Bakıda keçirilən Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 2018-ci il üzrə Assambleyası və Konfransında deyib.

K.Yankauskas bildirib ki, Azərbaycan Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən ölkədir:

"Buna görə də bizim üçün tranzit marşrutlarının Azərbaycan ərazisi ilə yalnız qısa və tez deyil, ucuz və rahat olması da vacibdir".