YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Yevlax rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi praktik konfrans keçirib

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı və Yevlax şəhər Mədəniyyət mərkəzi tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı elmi praktik konfrans təşkil olunmuşdur.

Tədbir iştirakçıları Ulu öndərin Heydər Əliyevin və şəhidlərimizin  əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Heydər Əliyevin həyat və fəaliyyətində mədəniyyətlə bağlı məqamları özündə əks etdirən filmə baxış keçirildi. Sonra Bərdə regional Mədəniyyət və Turizm idarəsinin nümayəndəsi Rafiq Məmmədov “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzə etdi. Məruzə ətrafında çıxış edənlər Eldəniz Mustafasyev, Elnurə Babayeva, Kəmalə Qurbanova və başqaları Heydər Əliyevin şərəfli həyat yolundan danışaraq Xalq və Liderin məhəbbətinin vəhdətindən yaranan suveren Müstəqil Azərbaycanın uğurlarını diqqətə çatdırdılar.

Sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış oldular.

Sonda partiya sıralarına yeni qoşulmuş bir qurup mədəniyyət işçisinə partiya üzvülük vəsiqələri təqdim edildi.