YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Nəsimi rayon təşkilatı Ulu Öndərin anadan olmasının 95 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirib

Mayın 1-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə partiyanın ilk-ərazi təşkilatının birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında keçirilən aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı idarə heyətinin üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu cür tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Bu aksiyanın məqsədi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi əhəmiyyətli layihələrə dəstək verməkdir.

O qeyd edib ki, Bakıda, o cümlədən Abşeron yarımadasında meşə zolaqlarının salınmasında ictimai xadim, coğrafiyaşünas Həsən Əliyevin misilsiz xidmətləri olub.

Aksiya zamanı müxtəlif növdə 2 minə yaxın ağac əkilib.