YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Yevlax və Mingəçevir şəhər təşkilatlarının iştirakı ilə “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiya keçirildi

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə YAP Yevlax və Mingəçevir şəhər  təşkilatları “700 min ağac əkək” kampaniyası çərçivəsində Yevlax rayonu ərazisində yerləşən meşə zolağında növbəti ağacəkmə aksiyası keçirib.

Yeni Azərbaycan Partiyasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihəsi olan  ağacəkmə kampaniyası Yevlax rayonu ərazisində yerləşən meşə zolağında genişləndirilməsi nəzərdə tutulan ərazidə keçirilib. Kampanyada YAP-ın Yevlax və Mingəçevir şəhər  təşkilatlarının fəalları, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər. Bayram əhval ruhiyyəsi ilə keçirilən  kampaniyada 3200-dən çox göyrüş və meliya ağacları əkilib, ağaclara qulluq olunub.

“ 700 min ağac əkək” kampaniyası Aran regionunda  yaşıllığın genişləndirilməsinə və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verəcək. “700 min ağac əkək” kampaniyası çərçivəsində ərazidə artıq 8700 ağac əkilib.