YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Gəncədə YAP fəalları ağacəkmə aksiyasını uğurla davam etdirirlər

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində  YAP Gəncə şəhər təşkilatı tərəfindən ağacəkmə aksiyası uğurla davam etdirilir.

Aksiya üzvləri kampaniya çərçivəsində Gəncə şəhərinin Heydər Əliyev Park Kompleksinin ərazisində 2 min ədəd Eldar şamı ağacı əkiblər.

Partiya fəalları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.