YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səttar Mehbalıyev: Sanatoriyalar müasir standartlara uyğunlaşdırılır

«Bakıda mövcud olan sanatoriyalarda yenidənqurma işləri aparılır. Bu sanatoriyaların bərpası üçün maliyyə vəsaiti  ayrılıb». Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib. 

S.Mehbalıyev bildirib ki, bu vəsait sayəsində bütün sanatoriyalar abadlaşdırılıb, müasir standartlara uyğunlaşdırılıb. Onun sözlərinə görə, artıq sanatoriyaların tibbi və digər avadanlıqları da yeniləşdirilib.

«Bütün imkanlarımızı səfərbər edirik ki, istirahətə gələnlər üçün imkanlar yaradaq. İldən-ilə istirahət edənlərin sayı artır. Keçən il üçün AHİK xətti ilə 50 mindən artıq insan sanatoriyalarda istirahət edib. Eyni zamanda, həm iş təşkilatları, həm də sahə həmkarlar ittifaqları tərəfindən insanların istirahəti üçün xeyli vəsait xərclənir»- deyə, AHİK sədri vurğulayıb.