YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Artur Rasizadə Bosniya və Herseqovinanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Zlatko Lagumdziya ilə görüşmüşdür

Aprelin 29-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bosniya və Herseqovinanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Zlatko Lagumdziya ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə yüksək templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatının Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etdiyi, həmçinin Bosniya və Herseqovinanın iqtisadiyyatının da dirçəlişinə yardım göstərdiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, beynəlxalq və regional məsələlərdə birgə fəaliyyət ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafına təsir edir. Görülən işlər və perspektiv vəzifələr müzakirə edilərkən energetika, sərmayə qoyuluşu, infrastruktur, ticarət, turizm və iqtisadiyyatın digər sahələrində dövlət və özəl sektor təmsilçilərinin müştərək fəaliyyətinin, həmçinin Avropa İttifaqı çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin mənafeyinə uyğunluğu diqqətə çatdırılmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər Bosniya və Herseqovinanın daim beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini dəstəklədiyini, bu münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi şərtləri daxilində həllinin vacibliyini qeyd etmişlər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.