YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aytən Mustafayeva: Azərbaycanla Türkiyə qardaş dövlətlərdir, bu qardaşlığa və dostluğa xətər yetirmək qeyri-mümkündür

«Prezident İlham Əliyevin Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitindəki çıxışı bir daha sübut etdi ki, Azərbaycanla Türkiyə qardaş dövlətlərdir, bu qardaşlığa və dostluğa xətər yetirmək qeyri-mümkündür. Azərbaycanın Sammitdə təmsil olunması həm də Türkiyənin orada olması demək idi». Bu fikirləri AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

A.Mustafayeva bildirib ki, Sarkisyanın sammitdəki çıxışına tutarlı cavab verilib. Onun sözlərinə görə, Qarabağda törədilən cinayətlərin başında duranlardan biri də Sarkisyan olub.

«Onun əli Qarabağda minlərlə insanın qanına batıb, onun rəhblərliyi altında minlərlə günahsız insan qətlə yetirilib. Məhz belə bir adamın sammitdə düşüncəsiz çıxışı layiqli cavabını aldı»- deyə, A.Mustafayeva qeyd edib.

DİGƏR Xəbərlər Arxiv