YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Balakən rayonunun Qaysa və Meşəşambul kəndlərində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının  Balakən rayon təşkilatı prezident seçkilərinin təbliğat-təşviqat  kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Növbəti görüşlər rayonun Qaysa və Meşəşambul kəndlərində keçirilib.

Görüşlərdə çıxış edən natiqlər Azərbaycan Prezidenti İlham Əliyevin son 15 il ərzində həyata keçirdiyi siyasətin uğurlarından danışıblar. Qeyd olunub ki, uğurların davamlı olması üçün hər bir seçici 11 aprel seçkilərində fəal iştirak etməli və YAP-ın namizədi cənab İlham Əliyevə səs verməlidir.

Görüşlərdə 11 aprel prezident seçkilərinin yüksək seçici fəallığı ilə keçiriləcəyinə əminlik ifadə olunub.

DİGƏR Xəbərlər Arxiv