YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələ rayonunda seçicilərlə növbəti görüş keçirilib

11 aprel 2018- ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qəbələ rayon şöbəsi rayonun Mirzəbəyli kəndində seçicilərlə görüş keçirib. Görüşdə Mirzəbəyli kəndinə yaxın olan İmamlı və Corlu kəndinin sakinləri də iştirak ediblər.

Tədbiri YAP Qəbələ rayon təşkilatının sədr müavini Elçin Tağıyev açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, ölkə başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasətdən, ardıcıl və sistemli islahatlardan, ölkəmizin qazandığı uğurlardan danışıb. E.Tağıyev bu uğurların gələcəkdə davamlı olması üçün hər kəsi seçki günü İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.

Təbliğat qrupunun üzvü Qüdrət Səmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2018 ci illərdə ölkəmizin qazandığı möhtəşəm tarixi naliyyətlər haqqında ətraflı məlumat verərək seçiciləri partiyanın namizədi, cənab İlham Əliyevə səs verməyə dəvət edib.

Seçicilər adından Tofiq Hacıyev, İkram Yusifov, Tehran Qaçayev, Samit Ağayev, İsmayıl Əlimirzəyev və İbrahim Abdullayev çıxış edərək cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bildiriblər.

 

 

DİGƏR Xəbərlər Arxiv