YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri rayon gəncləri ilə görüş keçiriblər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Kürdəmir  rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri rayon Mədəniyyət Evində rayon gənclərinin fəal nümayəndələri ilə görüş keçiriblər.

Gənc fəallarla  görüşdə YAP Mərkəzi Seçki Qərargahı Kürdəmir  rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək  Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, infrastruktur layihələrinin əhəmiyyətindən danışıb: «Cənab İlham Əliyev 15  illik fəaliyyəti dövründə hamıya göstərdi ki,  dövlətini, millətini xalqını çox sevir. Bu müddətdə ölkəmizin siması bütünlüklə dəyişilib, insanların həyatı yaxşılaşıb. Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern və inkişaf etmiş ölkəyə çevirəcək, gələcəyə yeni imkanlar açacaq. Ona görə də 11  apreldə  hər birimiz seçki məntəqələrinə gələrək  Yeni Azərbaycan Partiyasının namizədi Prezident İlham Əliyevi  dəstəkləməklə  Azərbaycanımızın daha da güclənməsinə səs verməliyik.»

Çıxış edən təbliğat qrupunun üzvləri Namiq Tarverdiyev, Samir Nuriyev  Azərbaycan dövlətinin son 15 ildə atdığı uğurlu addımlardan danışaraq, prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildiriblər.

Gənclərdən Məhəmməd Heydərli, Samir Şükürov, Xəyyam Məlikov və digərləri çıxış edərək ölkəmizin iqtisadi, siyasi uğurlarından, gənclər siyasətindən bəhs ediblər. Gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, gənc kadrların yetişdirilməsi istiqamətində atılan addımlar bu sahədə görülən işlərin tərkib hissələrindəndir.