YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevir şəhərində YAP fəalları tərəfindən seçicilərə təbliğat materialları paylanılıb

YAP Mingəçevir şəhər təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin seçki təbliğatı ilə əlaqədar YAP Mingəçevir şəhər təşkilatı qrafikə uyğun olaraq ardıcıl tədbirlər keçirir. Belə tədbirlərdən biri də prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat materiallarının, broşürlərin seçicilər arasında paylanılması olub.

YAP Mingəçevir şəhər təşkilatının gənc fəalları yüzlərlə seçiciyə bu təbliğat materiallarını paylayaraq onları 11 aprel seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.