YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatında seçicilər ilə görüş keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında təbliğat – təşviqat qrupunun Suraxanı seçiciləri ilə növbəti görüşü keçirilmişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov toplantını açıq elan etdikdən sonra Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının təbliğat video- çarxı nümayiş etdirildi.

2003-2018-ci illərdə Azərbaycanın cənab Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarixi nəaliyyətlər qazandığını vurğulayan Vüqar Seyidov, Azəri –Çıraq -Günəşli yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılmasının, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin, Azərbaycanın kosmik ölkələr sırasına daxil olmasının, müxtəlif mədəniyyət, humanitar və idman sahələrində bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin dövlətimizin qüdrətini daha da artırdığını, ölkənin simasını bütünlüklə dəyişdiyini, insanların həyatını yaxşılaşdırdığını qeyd etdi.

Tədbirdə, həmçinin millət vəkilləri Sevinc Fətəliyeva, Ağacan Abıyev, Suraxanı rayon Ağsaqqallar şurasının sədri Arif Babayev, Hüquqşunas Loğman Abdullayev, şəhid anası Saray xanım Quliyeva çıxış etdilər.

Bütün çıxış edən natiqlər aprel ayının 11-də keçiriləcək Prezident seçkilərində seçiciləri fəal olmağa, Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırdılar.