YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçmazlıların seçimi cənab İlham Əliyevdir

11 aprel 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərinin təşviqat kampaniyası çərçivəsində YAP Xaçmaz rayon təşkilatı rayonun Yeni Həyat  və  Pirquluoba kənd seçiciləri ilə görüş keçirib.

Görüşü YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq prezident seçkilərinin demokratik, şəffaf keçirilməsinin əhəmiyyətindən, YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin 15 il ərzində Azərbaycanın inkişafı naminə grdüyü işlərdən gentiş bəhs edib.

Milli Məclisin deputatı Eldəniz Səlimov isə çıxışında bildirib ki, xalqımızın bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcəyinə kimsədə şübhə yoxdur: “Çünki Azərbaycan 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb. Xalqımız, o cümlədən ağdamlı seçicilər son 15 ildə əldə edilən nailiyyətlərin davamına səs verəcəklər”. 

Görüşlərdə kənd sakinlərindən Sima Əliyeva, Rasim Muradov, Lətifə Ağaliyeva və başqaları çıxış edərək vurğulayıblar ki, xaçmazlılar həmişə dövlətə, dövlətçiliyə və Prezidentimizə öz sədaqətlərini göstəriblər və seçki günü hamı bir nəfər kimi məntəqələrə gələcək və xalqımızın layiqli oğluna -İlham Əliyevə səs verəcəklər.