YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda seçicilərlə növbəti görüş keçirildi

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Yevlax rayon şöbəsinin təşviqat qrupu üzvüləri  rayonun Aşağı Salamabad, Yuxarı Salamabad və Əcəmi  kəndlərində seçicilərlə görüş keçirdi.

Tədbirdə Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov çıxış edərək  qarşıdan gələn Prezident seçkiləri haqqında məlumat verdi,  seçki günü hər bir seçicinin seçkiyə gəlməyinin vacibliyini vurğuladı. O bildirdi ki, mən  inanıram ki, hər bir Yevlaxlı seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcəkdir.

Sonra YAP Yevlax rayon təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova  geniş nitq söylədi. O, vurğuladı ki, cənab İlham Əliyev son 15 ildə Azərbaycan üçün sürətli inkişaf yaratmaqla dünya ölkələri içərisində nüfuz və qüdrətimizi qat-qat artırıbdır. Hər bir Azərbaycanlı kimi Yevlaxlıların da   sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə Xalq Onu  özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz Cənab İlham Əliyevə səs verəcəkdir. Biz Azərbaycanlı olaraq fəxr edirik ki, hər bir Azərbaycanlının Prezidenti olan Cənab İlham Əliyev yenidən Prezident seçiləcəkdir.

Sonra çıxış edən  təşviqat qrupunun üzvü Tünzalə Şabanova, YAP Yevlax rayon təşkilatının sədr müavini Əli Quliyev bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da demokratik seçki mühitinin formalaşdığından, hər bir azərbaycanlının  prezidenti cənab  İlham  Əliyevin  daim xalqın içərisində olub, xalqına göstərdiyi  yüksək  qayğı və diqqətdən genişliyi ilə bəhs etmişdir. O, çıxışında cənab  prezidentin ölkə gəncliyinə göstərdiyi  qayğıdan  da ürəkdolusu söz açmışdır. Bu gün Azərbaycanın hər bir rayonu hətta kəndləri belə inkişaf edir. Bütün bunların davamlılığı üçün 11 Apreldə seçkilərə gələrək hər birinizi Cənab İlham Əliyevə səs verməyə çağırıram.  Gəlin birlikdə İlhamlı gələcəyə inamla addımlayaq.

Çıxış edən kənd sakinləri seçicilər Gilas Quliyeva və  İsrayıl Bəkirov  kənd sakinləri adından bildilər ki, biz artıq öz seçimimizi etmişik. Azərbaycanı işıqlı gələcəyə doğru aparan möhtərəm Prezidentimizin gördüyü işlər həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Ona görədə biz hamılıqla 11 apreldə Yeni Azərbaycan Partiyasının vahid namizədinə səs verəciyik.

DİGƏR Xəbərlər Arxiv