Xəbərlər
Gennadi Axmaroviç: Belarus-Azərbaycan istehsal kooperasiyası yeni səviyyəyə çıxmalıdır
Belarus Azərbaycanla əməkdaşlığı genişləndirir.
Bu barədə Belarusun Azərbaycandakı səfiri Gennadi Axmaroviç bildirib.
Belarusda Azərbaycanla konstruktiv əməkdaşlıq üçün bütün ilkin şərait mövcuddur. İki ölkə arasında olan istehsal kooperasiyası yeni səviyyəyə çıxmalıdır. Tərəflər ticarət dövriyyəsinin artırılmasında maraqlıdır.
Belarus tərəfi maşınqayırma, ağac emalı, neft məhsulları, sənaye məhsulları və dərman vasitələrinin Azərbaycana ixracının artırılması üçün imkanlar axtarır.
Ötən il ərzində Belarusdan Azərbaycana ixracatın həcmi 10 faiz artıb.