YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ülviyyə Həmzəyeva: Azərbaycan xalqının yüksək mədəni dəyərlərə sahib olması onun sivil dünya ilə inteqrasiyasına xidmət edir

«Azərbaycan xalqı dünyanın ən mədəni xalqlarından biridir. Zəngin musiqi xəzinəmiz, kifayət qədər rəngarəng təsviri sənətimiz, rəssamlığımız, dünyada nadir sayılan xalçaçılığımız, memarlıq abidələrimiz var». Bu fikirləri yap.org.az Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

Ü.Həmzəyeva bildirib ki, Azərbaycan xalqı hələ Sovet hakimiyyəti illərində böyük mədəniyyət məhsuldarlığı nümayiş etdirib, dünyanın mədəniyyət xəzinəsini bir sıra yüksək səviyyəli sənət əsərləri, görkəmli yaradıcı simalarla zənginləşdirib. Onun sözlərinə görə, Azərbaycanın görkəmli sənətkarları sovet dövründə məhz Ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlar almış, bəstəkarlar, kinematoqrafçılar, teatr xadimləri, rəssamlar və.s peşə sahibləri qurultaylarda, konfranslarda iştirak etmiş və bütün sovet ölkələri arasında tanınmışlar.

«Azərbaycan Respublikasının dünyanın azad, demokratik, maddi və mənəvi baxımdan zəngin dövlətləri sırasında öz layiqli yerini tutmasına hesablanmış milli siyasətin nəticəsi olaraq xalqımız artıq dünyanın bütün coğrafi məkanlarında tanınır və sevilir. Azərbaycan xalqının yüksək mədəni dəyərlərə sahib olması onun sivil dünya ilə inteqrasiyasına, humanitar yaxınlaşmasına xidmət edir. Ölkə rəhbərliyinin bu sahədə hərtərəfli inkişaf üçün göstərdiyi diqqət və qayğı, qəbul etdiyi qərarlar bir daha təsdiqləyir ki, dövlətimiz xalqın dünyada layiq olduğu səviyyədə təmsil olunması üçün hər cür şərait yaradır»-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv