YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

II Qlobal Açıq Cəmiyyətlər Forumunun iştirakçıları açıq cəmiyyətlərin siyasi çərçivədə qorunması məsələlərini müzakirə edirlər

Aprelin 29-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu çərçivəsində “Davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac” mövzusunda IV sessiyası işə başlamışdır.

Sessiyada açıq cəmiyyətlərin siyasi çərçivədə qorunması məsələləri müzakirə edilir. Çıxışlarda qeyd olunmuşdur ki, beynəlxalq və yerli səviyyələrdə davamlı inkişaf məqsədlərinin yeni formasının həyata keçirilməsinin siyasi əsaslarını müzakirə etmək vacib məsələdir. Müzakirələrdə əsas diqqət siyasi iradə və liderlik qabiliyyətinin əhəmiyyətinə yönəlmişdir.

Sessiyanın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili, Xorvatiyanın keçmiş dövlət başçısı Stefan Mesiç, Yəmənin sabiq baş naziri Abdul-Karim Al-Eryani, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volter Fast iştirak edirlər.