YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Qadınların hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

«Azərbaycanda qadınların hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

 H.Hüseynova bildirib ki, bu, həmişə belə olub. 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda qadına seçmək və seçilmək hüququ verilib.

«Ümummilli lider Heydər Əliyev qadınların idarəetmədə iştirakına və irəli çəkilməsinə hər zaman önəm verirdi. Ulu öndər qadın hüquqlarının müdafiəsini siyasi fəaliyyətinin tərkib hissəsi hesab edib, milli qadın hərəkatının formalaşması, institutlaşması üçün böyük işlər görüb. Bu gün bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanda qadın sahibkarlığının inkişafı, qaçqın və məcburi köçkün qadınların hüquqlarının qorunması istiqamətində bir sıra önəmli sənədlər imzalayıb. Hüquqi bazanın yenidən təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul olunub. Ölkəmiz gender bərabərliyi sahəsində beynəlxalq konvensiyalara qoşulub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gender məsələsi xüsusi nəzərə alınıb. Qadınlara qarşı zorakılığın qarşısının alınması, məşğulluq sahəsində bərabər imkanların yaradılması, dövlət siyasətində qadınların önəmli yer tutması diqqət mərkəzindədir»-deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.