YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti üçün ən başlıca məsələdir

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti üçün ən başlıca məsələdir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl siyasət davam etdirilir. 

«Xüsusi olaraq vurğulamaq lazımdır ki, son illərdə qazanılan mühüm uğurlar, ölkə Prezidentinin həyata keçirdiyi hücum xarakterli diplomatiya Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində aşkar şəkildə önə çıxmasını təmin edib. Artıq bir sıra beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasət apardığını bildirir, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi daha gur ifadə olunur. Bununla belə, Minsk qrupunun həmsədrləri hələ də işğalçı Ermənistana təzyiqlər göstərmir. Onların ikili standartlarla çıxış etməsi işğalçı ölkəni problemin həllini uzatmağa həvəsləndirir. Belə davam edərsə, Azərbaycan öz gücünə torpaqlarımızı işğaldan azad edəcək»-deyə, E.Məmmədov vurğulayıb.