YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisinə 19,9 milyon manat ayırıb

Prezident İlham Əliyev martın 6-da “İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında” Sərəncam imzalayıb.

İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.2-ci yarımbəndində göstərilmiş məbləğin 19,9 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.