YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edildi

Martın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Əvvəlcə Komissiyanın martın 2-də keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Komissiya üzvləri tərəfindən müzakirə edildikdən sonra təsdiq olunub və 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.

İclasda Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Mirzəzadə Aydın Böyükkişi oğlunun üzvlüyü də təsdiq olunub.

Komissiyanın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.