YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis bir sıra qanunlara dəyişikliklər edib

Milli Məclisin, Mərkəzi Seçki Komissiyası üzvlərinin və insan hüquqları üzrə müvəkkilin (Ombudsman) pensiya təminatında dəyişiklik parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

 Bildirilib ki, “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişikliklər layihəsinə əsasən deputatın, sabiq deputatın, Ombudsmanın, sabiq Ombudsmanın, onun ailə üzvlərinin, MSK üzvünün, sabiq üzvünün və ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” qanuna uyğun hesablanacaq.

 Dəyişikliklər  səsə qoyularaq qəbul edilib.