YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Şri-Lankada rəsmi səfərdədir

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) təşkilatçılığı ilə Daimi Komitənin üzvlərindən ibarət 8-ci Baş Assambleyanın iclasında iştirak etmək üçün Şri-Lankanın paytaxtı Kolombo şəhərində rəsmi səfərdədir.

20 ölkədən 30 siyasi partiyanın nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsi tərəfindən “Asiya şəbəkəsinin qurulması” mövzusunda, eləcə də yeni üzv təşkilatların qəbulu barədə müzakirələr aparılacaqdır.

İclasda YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, MM-in deputatı Asəf Hacıyev, YAP  Siyasi Şurasının üzvü, MM-in deputatı Məlahət İbrahimqızı, YAP MNTK-nın üzvü Mahir Abbasəliyev, YAP  Siyasi Şurasının üzvü,  Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov iştirak edirlər.