YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elsevər Ağayev: Yeni yaradılan tibb müəssisələri ən müasir avadanlıqlarla təhciz edilib

«Son illər ərzində ölkəmizdə əsaslı təmir olunmuş və yenidən tikilmiş tibb ocaqlarının sayı artıq 600-ə yaxınlaşıb». Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

E.Ağayev bildirib ki, respublikamızda baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Onun sözlərinə görə, son illər səhiyyənin idarəolunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilib.

«Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradıb. Bütün bunlar beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. Onu da qeyd etmək istəyirəm ki, yeni yaradılan tibb müəssisələri dünyada tətbiq olunan ən müasir avadanlıqlarla təhciz edilib. Bütün bunlar isə insanların sağlamlığına xidmət edir»- deyə, nazir müavini vurğulayıb.