YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi bu təsisatın inkişafına xidmət edir

«Bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi bu təsisatın inkişafına xidmət edir». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, qanunvericiliyə edilən yeniliklər yerli özünüidarəetmə orqanlarının işini təkmilləşdirilməsinə və şəffaflığın təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, bütün bunlar zəruri məsələlərdir.

«Bələdiyyələr yerli sosial-iqtisadi məsələlərin həllində getdikcə daha yaxından məşğul olurlar. Onların maliyyə imkanları genişləndikcə bu prosesdə aktivliyi daha da artır. Buna görə də, maliyyə şəffaflığının təmin olunması istiqamətində atılan addımlar prosesə müsbət təsirini göstərəcək»- deyə, komitə üzvü qeyd edib.