YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Müasir Azərbaycan gəncliyi dövlətçiliyimizə sadiq, vətənpərvər bir intellektual ordudur

«Müasir Azərbaycan gəncliyi dövlətçiliyimizə sadiq, vətənpərvər bir intellektual ordudur». Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, gəncliyin böyük hissəsi Yeni Azərbaycan Partiyasının sıralarında birləşiblər. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir.

«Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Təbii ki, partiyamızda gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb. Partiya rəhbərliyi intellektual, fəal gənclərin bir çox təşəbbüslərini dəstəkləyir və onların cəmiyyət həyatında daha aktiv iştirak etməsinə hərtərəfli dəstək göstərir. Bütün bunlara görə, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti öz siyasi talelərini YAP-la bağlayırlar. Bu gənclər dövlətimizə sadiqliyini hər zaman təsdiq edirlər. Bu gün dövlətimizin nüfuzuna kölgə salmağa çalışan xarici qüvvələr var. Təəssüf ki, onlar bu prosesdə sapı özümüzdən olan baltalardan da istifadə edirlər. Amma gənclərimiz hər zaman onlarla mübarizə aparır və onları ifşa edirlər. Biz öz fəaliyyətimizlə daim belə ünsürlərə qarşı fəal mübarizə aparacağıq»-deyə, S.Orucov qeyd edib.