YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfərə gəlir

Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita martın 5-də Azərbaycana rəsmi səfərə gələcək.

Azərbaycanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, səfər çərçivəsində nazir Nasser Bouritanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası keçiriləcək. Səfər əsnasında Azərbaycan və Mərakeş xarici işlər nazirlərinin birgə mətbuat konfransı olacaq.