YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan uğurlu inkişaf yolundadır və qarşısına qoyduğu məqsədlərə nail olur

«Bu gün dünya ölkələrində baş verən sosial-iqtisadi və siyasi proseslərin təhlili fonunda Azərbaycan uğurlu inkişaf yolundadır, qarşısına qoyduğu məqsədlərə nail olur». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, ölkəmizin qlobal maliyyə-iqtisadi böhranından minimum itkilərlə çıxması “sabitlik adası” kimi vətəndaşının rifahını, firavanlığını təmin edə bilməsi Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin nailiyyətləri və uğurlarıdır.
«Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq öz əksini tapır. Heç də təsadüfi deyil ki, Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Hətta “G20”yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalırlar. Bununla yanaşı, ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan “Doing Business 2018” hesabatında 8 pillə irəliləyən Azərbaycan 190 ölkə arasında 57-ci mövqeyə yüksəlib, Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri olub»-deyə, R.Əliyev vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv