YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xanhüseyn Kazımlı: İslahatlar nəticəsində sosial-iqtisadi inkişaf proseslərində mühüm nəticələr əldə edilib

«Ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində sosial-iqtisadi inkişaf proseslərində mühüm nəticələr əldə edilib». Bu fikri Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.

X.Kazımlı bildirib ki, başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması və digərməsələlərdir.

«Mütərəqqi siyasət həyata keçirən dövlətimizdə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Hesab edirəm ki, iqtisadi inkişafın yeni mərhələsi nəticəsində əldə olunan nəticələr  dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək»-deyə, deputat qeyd edib.