YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Prezidentin tapşırığına əsasən, 6-7 min ailə özünüməşğulluq proqramına cəlb olunacaq

Hazırda özünüməşğulluq proqramı çərçivəsində seçim prosesi gedir. Ayrı-ayrı rayon və regionlar üzrə bu proqrama cəlb olunacaq ailələrin sayı müəyyənləşdirilir. Prosesə müvafiq məşğulluq mərkəzləri və Dövlət Məşğulluq Xidmətinin mərkəzi ofisi ilə yanaşı, inklüzivliyi təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı da qoşulub.

Bunu martın 2-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzəndə vətəndaş qəbulu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Səlim Müslümov qeyd edib ki, əlililiyi olan şəxslərin də bu proqrama qoşulması nəzərdə tutulub. Yaxın zamanlarda seçim prosesi başa çatacaq və bundan sonra biznes planların tərtib olunması üçün həmin şəxslər təlimlərə cəlb ediləcək. “Onlar kiçik biznesin idarə olunması üçün müvafiq biliklərə yiyələnəcəklər. Sonra həmin şəxslər öz biznes planlarını hazırlayacaqlar. Biz tərəfdən də bu biznes planlar əsasında onların müvafiq aktivlərlə təmin olunması və öz ailə təsərrüfatlarının yaradılması üçün şərait yaradılacaq”, - deyə Səlim Müslümov vurğulayıb.

Nazir deyib ki, Prezidentin tapşırığına əsasən 6-7 min ailənin bu prosesə cəlb olunması nəzərdə tutulur. Hazırda İşsizlikdən Sığorta Fonduna vəsaitlərin yığılması prosesi gedir. İki ay ərzində Fonda 4 milyon manatdan çox vəsait toplanıb. İlin sonuna kimi 89 milyon manatdan artıq vəsaitin toplanacağı proqnozlaşdırılır ki, bunun da 1 faizdən çoxu özünüməşğulluq proqramına yönləndiriləcək.

 

DİGƏR Xəbərlər Arxiv