YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rumıniya Azərbaycan ilə enerji sahəsində daha sıx əməkdaşlıqda maraqlıdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfəri çərçivəsində sentyabrın 16-da bu ölkənin enerji naziri Razvan Nikolesku ilə görüşüb.

Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri, o cümlədən “Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector” (AGRI) layihəsi ilə bağlı müzakirələr aparılıb.

Razvan Nikolesku ölkəsinin Azərbaycan ilə enerji sahəsində daha sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Rumıniya arasındakı münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirib və enerji təminatı üçün alternativ imkanların olmasının hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd edib.

Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Elmar Məmmədyarov bu ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin 20 illiyinin qeyd olunacağını və bu münasibətlə Bakıda təşkil ediləcək tədbirlər çərçivəsində TANAP layihəsinin təməlqoyma mərasiminin keçiriləcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.