YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Ağdam rayon təşkilatı növbəti ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 yüz min ağac əkək” kampaniyası çərçivəsində YAP Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilib.
Aksiyada YAP Ağdam rayon təşkilatının fəalları, ilk partiya təşkilat sədrləri və ictimaiyyət nümaynədələri iştirak ediblər. Rayonun Bayraq Meydanı ərazisində və Soltanbud meşəsində 980 ədəd ağac əkilib. Ümumilikdə aksiya müddətində 6500 ədəd ağacın əkilməsi nəzərdə tutulub. Bu günə qədər isə YAP Ağdam rayon təşkilatı tərəfindən 4700 ədəd ağac əkilib.