YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın bəzi silah və hərbi texnikalarının Azərbaycanda istehsalı və modernləşdirilməsi üzrə işlər gedir

"Biz Azərbaycanla T-72 tanklarının da birgə modernləşdirilməsinə dair danışıqlar aparırıq. Bundan əlavə, Azərbaycan bizim Ka-52 “Alliqator” tipli kəşfiyyat-zərbə helikopterlərimizlə yaxından maraqlanır".

Bunu Rusiyanın hərbi və ikili təyinatlı məhsul, texnologiya və xidmətlərin ixrac və idxalı üzrə dövlət vasitəçisi olan “Rosoboroneksport” ASC-nin baş direktorunun markentiq üzrə müavini Sergey Qoreslavski deyib.

Onun sözlərinə görə, “Rosoboroneksport” Azərbaycanla hərbi-texniki əməkdaşlığın inkişafına böyük önəm verir. Bakıda 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (ADEX-2014) sərgisinin keçirilməsi münasibətilə ölkəmizi təbrik edən S.Qoreslavski hesab edir ki, nəticələrə əsasən demək olar ki, sərgi baş tutub.

Direktor müavini qeyd edib ki, Rusiya sərgidə geniş tərkibdə təmsil olunub, çünki onun uğuruna əvvəlcədən inanırdı.

O, qeyd edib ki, ümumiyyətlə, bu vaxtadək şirkətin Azərbaycanla T-90 tanklarının, PDM-3, ZTR-82A, müxtəlif növ ağır odatan sistemləri (TOS), MSTA özüyeriyən artilleriya qurğuları, Mi-35M və digər hərbi texnikaların təchizatına dair müqavilələri olub.