Xəbərlər
Moskvada Azәrbaycan Sәrgi-ticarәt Mәrkәzi açılacaq
Azәrbaycan vә Rusiya arasında iqtisadi әmәkdaşlığa dair hökumәtlәrarası komissiyanın sentyabrın 15-dә Bakıda keçirilәn 14-cü iclasında ikitәrәfli sәnәdlәr imzalanıb.
Azәrbaycan Respublikası Hökumәti ilә Rusiya Federasiyası Hökumәti arasında imzalanmış razılaşmaya əsasən Moskvada Xalq Tәsәrrüfatı Nailiyyәtlәri Sәrgisindә Azәrbaycan Sәrgi-ticarәt Mәrkәzinin açılması nəzərdə tutulur.
Hәmçinin tәrәflәr Azәrbaycan vә Rusiya arasında iqtisadi әmәkdaşlığa dair hökumәtlәrarası komissiyanın 14-cü iclasının Protokolunu imzalayıblar.