YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Qobustan rayonunda xəstəxana tikintisinə 15,52 milyon manat vəsait ayrılıb

Fevralın 9-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, xəstəxana tikintisinin davam etdirilməsi üçün 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitdən 15,52 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Ayrılan vəsait Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisinə, mövcud xəstəxana binalarının təmirinə, avadanlıq və inventarla təchiz olunmasının başa çatdırılmasına yönəldiləcək.