YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimlı: Ermənilər tərəfindən özgəninkini mənimsəmə prosesi bu gün də davam edir

«Ermənilər tərəfindən təxminən iki əsr bundan əvvəl başlanmış özgəninkini mənimsəmə prosesi bu gün də davam edir». Bu fikri Milli Məclisin deputatı, professor Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, işğal edilmiş torpaqlarımızda qədim Azərbaycan adları sürətlə dəyişdirilir. Onun sözlərinə görə, beynəlxalq birlik Ermənistanın bu hərəkətinə kəskin reaksiya verməlidir.

«Ermənistan bütün beynəlxalq normaları pozaraq bu cür addımlar atır. Amma anlamalıdır ki, bu hərəkətləri özünün ziyanınadır. Çünki gün gələcək ki, onlar törətdikləri bu əməllərin hesabını verməli olacaqlar»- deyə, deputat qeyd edib.